Unibank KB ASC yeni havalandırma, kombi və kondisioner sisteminin alınması üçün tender keçirir. Tenderdə iştirak etmək istəyənlər qiymət təkliflərini bağlı və möhürlənmiş zərfdə Tender komissiyasının sədri Faiq Zeynalovun adına ünvanlamalıdırlar. Zərflərin qəbulu üçün son tarix 02.10.2024-cü il, saat 12.00-dır. Zərflər Unibankın Baş ofisinə (Rəşid Behbudov- 55) göndərilməlidir.
Qeyd edək ki, tenderdə qalib gələn şirkət həmin alqı-satqı ilə bağlı bank hesabını “Unibank” KB ASC-də açmalıdır. Texniki şərtlər bankın saytında yerləşdirilib. Bu şərtlər (https://unibank.az/az/news/retail/1504/unibank_kb_asc_yeni_havalandirma_kombi_ve_kondisioner_sisteminin_alinmasi_uchun_tender_kechirir ) avadanlıqlar üçün tələb olunan ən minimal tələblərdir. Təkliflərdə çatdırılma müddəti və avadanlıqların markalarının qeyd olunması mütləqdir.
Tenderin şərtləri ilə bağlı hansısa sual yaranarsa, iştirakçılar Elchin.Salamov@unibank.az elektron ünvanına müraciət edə bilərlər.
Unibank- Sənin Bankın!