1
2023-cü il sentyabrın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 9 milyard 364,4 milyon ABŞ dolları təşkil edib.
BBN.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 1,3% çoxdur.
Qeyd edək ki, AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 4,1%, son 1 ildə isə təxminən 24,8% artıb.