Home » AMB: Qısamüddətli faizlər uçot dərəcəsinə yaxın səviyyədə formalaşır

AMB: Qısamüddətli faizlər uçot dərəcəsinə yaxın səviyyədə formalaşır

by Zeyneb
0 comments 0 views 1 minutes read

Azərbaycanda təminatsız pul bazarında qısamüddətli faizlər Azərbaycan Mərkəzi Bankının (AMB) faiz dəhlizi çərçivəsində və uçot dərəcəsinə yaxın səviyyədə formalaşır.

Bu barədə AMB məlumat yayıb.

Məlumata görə, pul siyasəti alətləri maliyyə bazarlarında müşahidə olunan proseslər və bank sistemindəki likvidlik göstəriciləri nəzərə alınmaqla tətbiq edilir.

Mərkəzi Bankın açıqlamasında qeyd olunub ki, AZIR dərəcəsi üzrə orta günlük göstərici 2026-cı ilin mart ayının sonundan etibarən 6,43-6,44 % intervalında dəyişib.

AMB bildirib ki, izafi likvidlik şəraitində AZIR-in uçot dərəcəsinə yaxın səviyyədə saxlanılması məqsədilə əsasən 7 günlük depozit əməliyyatlarından istifadə olunur. May ayının sonuna açıq bazar əməliyyatları üzrə sterilizasiya portfelinin strukturunda 7 günlük depozit əməliyyatlarının payı 88,7 % təşkil edib.

Bununla yanaşı, Mərkəzi Bank tərəfindən notların yerləşdirilməsi üzrə müntəzəm hərraclar da keçirilir.

Qeyd olunub ki, may və iyun aylarında bütün müddətlər üzrə notların gəlirlilik səviyyəsində azalma meyli müşahidə edilib.

AMB ilin qalan hissəsində bank sektorunda izafi likvidliyin daha da artacağını proqnozlaşdırır.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.