Home » AMB: Bank sektorunda izafi likvidliyin artacağı gözlənilir

AMB: Bank sektorunda izafi likvidliyin artacağı gözlənilir

by Zeyneb
0 comments 1 views 1 minutes read

Azərbaycanda təminatsız pul bazarında qısamüddətli faizlər Azərbaycan Mərkəzi Bankının (AMB) faiz dəhlizi çərçivəsində və uçot dərəcəsinə yaxın səviyyədə formalaşır.

Bu barədə AMB məlumat yayıb.

Bildirilib ki, pul siyasəti alətləri maliyyə bazarlarındakı proseslər və bank sistemindəki likvidlik göstəriciləri nəzərə alınmaqla tətbiq olunur.

Mərkəzi Bankın məlumatına görə, AZIR dərəcəsi üzrə orta günlük göstərici 2026-cı ilin mart ayının sonundan etibarən 6,43-6,44 % intervalında olub.

Qeyd edilib ki, izafi likvidlik şəraitində AZIR göstəricisinin uçot dərəcəsinə yaxın səviyyədə saxlanılması məqsədilə əsasən 7 günlük depozit əməliyyatlarından istifadə edilir. May ayının sonuna açıq bazar əməliyyatları üzrə sterilizasiya portfelinin strukturunda bu əməliyyatların payı 88,7 % təşkil edib.

AMB həmçinin notların yerləşdirilməsi üzrə müntəzəm hərracların keçirildiyini bildirib. Məlumata əsasən, may və iyun aylarında bütün müddətlər üzrə notların gəlirlilik göstəricilərində azalma meyli müşahidə olunub.

Mərkəzi Bankın proqnozuna görə, ilin qalan hissəsində bank sektorunda izafi likvidliyin daha da artacağı gözlənilir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.