“AnadoluJet” uçuş şəbəkəsinə Azərbaycanı da daxil edib

“Türk Hava Yolları”nın loukoster brendi olan “AnadoluJet” uçuş şəbəkəsinə daxil etdiyi yeni ölkələri açıqlayıb. Şirkətin rəsmi vebsaytında açıqlanan məlumata görə, 29 mart tarixindən etibarən Sabiha Gökçen və Esenboğa hava limanlarından Almanya, Avstriya, Azərbaycan, Belçika, BƏƏ, Bəhreyn, Danimarka, Fransa, Gürcüstan, Niderland, İngiltərə, İspaniya, İsrail, İsveç, İtaliya, Küveyt, Rusiya və Səudiyyə Ərəbistanına uçuşlara başlayacaq. Bununla da, aviaşirkətin ümumi uçuş şəbəkəsi 21-ə çatıb.

Yeni yaradılan səyahət marşrutları üzrə birtərəfli uçuş qiymətlərinin vergilərdən əvvəl 1 avro qiymətindən başlanacağı açıqlanıb.

Məlumat üçün qeyd edək ki, 2008-ci ildə təsis edilən “AnadoluJet” brendi 43 hava limanından ümumilikdə 80 marşrut üzrə uçuşlar həyata keçirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır