Home » Antikorrupsiya qanunvericiliyinə dair vebinar keçirilib

Antikorrupsiya qanunvericiliyinə dair vebinar keçirilib

by anar
0 comments 2 views 0 minutes read

Energetika Nazirliyində korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşların məlumatlılığının artırılması məqsədi ilə “Antikorrupsiya qanunvericiliyi və onun praktikada tətbiqi” mövzusunda vebinar keçirilib. Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyevin təqdimatında baş tutan onlayn seminarda korrupsiya anlayışı, dövlət qulluqçularının və digər vəzifəli şəxslərin fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınması, korrupsiya hüquqpozmalarının növləri, subyektləri və mövzu ilə əlaqədar digər məlumatlar verilib, suallar ətrafında  qarşılıqlı müzakirələr aparılıb.

Vebinarda Energetika Nazirliyinin Aparatı, nazirliyin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi, nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və İctimai şuranın üzvlərindən ibarət olmaqla ümumilikdə 45 nəfər iştirak edib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.