Home » “Apple” Aİ qaydalarını pozduğuna görə böyük məbləğdə cərimələnəcək

“Apple” Aİ qaydalarını pozduğuna görə böyük məbləğdə cərimələnəcək

by yunus
0 comment 0 views 1 minutes read

Apple-ın Avropa İttifaqının Rəqəmsal Bazarlar Aktını (DMA) pozduğuna görə cərimələnəcəyi bildirilir. Cəzaya səbəb şirkətin mübahisəli App Store qaydalarıdır.

BBN.az Bloomberg-in məlumatına istinadən xəbər verir ki, Aİ Komissiyası Apple-ın App Store-da “anti yönləndirmə” təcrübələrinin rəqabətə mane olduğunu müəyyən etdikdən sonra texnologiya nəhənginə rekord məbləğdə cərimə tətbiq etməyə hazırlaşır.

Araşdırma keçən mart ayında Spotify-ın şikayəti əsasında başlamışdır.Məlum olmuşdur ki, Apple istifadəçilərin App Store-dan kənarda daha sərfəli seçimlərə yönlənməsini məhdudlaşdırır.Qanunsuz əməllərinə görə, Apple mart ayında  Aİ-dən 1,84 milyard avro (təxminən 2 milyard dollar) cərimə almışdı.

Aİ Komissiyasının tətbiq edəcəyi yeni cəzanın məbləği hələ açıqlanmasa da, DMA qaydalarına əsasən, şirkətlər illik qlobal gəlirlərinin 10 faizinə qədər, təkrar pozuntulara görə isə 20 faizədək cərimələnə bilərlər. Apple-ın keçənilki gəlirlərini nəzərə alsaq, bu cəza təxminən 38 milyard dollara çata bilər. Bu ay ərzində hökmün elan oluna biləcəyi bildirilir.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.