“Apple” Cənubi Koreyada satış mərkəzlərini yenidən açır

Texnologiya nəhəngi “Apple” şirkəti Cənubi Koreyada yerləşən mağazalarını 18 aprel tarixindən yenidən istifadəyə verəcəyini açıqlayıb. Şirkətin açıqlamasına görə, əsas səbəb kimi, ölkədə vətəndaşların intensiv yoxlanması və izlənməsi vasitəsilə COVID-19 virusunun uğurla nəzarət altına alınması göstərilib.

Məlumat üçün qeyd edək ki, “Apple” şirkəti mart ayının sonlarına yaxın Çin Xalq Respublikasında yerləşən 42 satış məntəqəsini yenidən istifadəyə verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır