1

Niderlandın “ING Group” bank qrupu Azərbaycan üzrə 2028-ci ilə qədər olan dövrü əhatə edən ÜDM artımı proqnozunu yeniləyib.
Analitiklərin qiymətləndirmələrinə əsasən, ölkədə iqtisadi artımın 2026-cı ildə 2,5% təşkil edəcəyi, 2027-ci ildə isə 3%-ə qədər sürətlənəcəyi gözlənilir.
2026-cı il üzrə rüblük proqnozlara görə, ÜDM artımı ikinci rübdə 2,5%, üçüncü rübdə 5%, dördüncü rübdə isə 2,7% səviyyəsində olacaq.
2027-ci ildə isə iqtisadi dinamikanın birinci rübdə 3%, ikinci rübdə 3,5%, üçüncü rübdə 2% və dördüncü rübdə yenidən 3,5% səviyyəsində formalaşacağı proqnozlaşdırılır.




