Home » Apple və Google hesabları da daxil olmaqla təxminən 16 milyard hesab parolları internetə sızdırılıb.

Apple və Google hesabları da daxil olmaqla təxminən 16 milyard hesab parolları internetə sızdırılıb.

by yunus
0 comments 3 views 2 minutes read

“Apple”, “Google”, “Telegram”, “Facebook” və bir sıra dövlət qurumlarına məxsus 16 milyarddan çox istifadəçi məlumatı internetə sızıb. Kibertəhlükəsizlik üzrə ekspertlərin “tarixin ən böyük məlumat pozuntusu” kimi qiymətləndirdiyi bu hadisə təkcə fərdi istifadəçilər üçün deyil, eyni zamanda milli təhlükəsizlik üçün də ciddi təhlükə yaradır.

BBN.az xəbər verir ki, sızma ilk dəfə “Cybernews” platformasının tədqiqatçıları və bir qrup müstəqil ekspert tərəfindən aşkarlanıb. Məlum olub ki, müxtəlif mənbələrdən əldə edilən və 30-a yaxın verilənlər bazasının birləşdirilməsi nəticəsində formalaşan bu nəhəng kolleksiya ümumilikdə milyardlarla istifadəçi hesabına dair parollar və giriş məlumatları ehtiva edir.

Mütəxəssislər bu hadisəni sadəcə təsadüfi bir hack deyil, daha çox mütəşəkkil şəkildə həyata keçirilmiş genişmiqyaslı rəqəmsal hücum zənciri kimi dəyərləndirirlər. Aşkarlanmış məlumatlar arasında “Facebook”, “Google”, “Apple”, “Telegram”, “Instagram”, “Microsoft”, “PayPal” və bir çox dövlət qurumlarının istifadəçilərinə aid giriş məlumatları yer alır.

Sızdırılmış məlumatların ümumi həcminin 47 GB olduğu və bu məlumatların 2019-cu ildə yaradılmış, 20-dən çox ölkədə domen adı və hostinq xidmətləri göstərən “World Host Group” adlı şirkətə məxsus bir sistemdə saxlandığı müəyyən edilib. Araşdırmaçı Bob Diachenko və Fowler şirkətlə əlaqə saxladıqdan sonra məlumatlara çıxış bloklansa da, onların qısa müddət ərzində kütləvi şəkildə yayılması artıq ciddi fəsadlar yaradıb.

Sızmanın miqyasından əlavə narahatedici məqamlardan biri də həmin məlumatların köhnə və təkrar istifadə olunan deyil, əsasən ilk dəfə yayımlanan yeni məlumatlar olmasıdır. Kibertəhlükəsizlik üzrə mütəxəssislər bu məqamın potensial riski daha da artırdığını bildirirlər.

Xüsusilə diqqətçəkən fakt ondan ibarətdir ki, sızdırılmış məlumatlar arasında dövlət qulluqçularına məxsus e-poçt ünvanları və giriş məlumatları da var. Bu isə bəzi kritik dövlət strukturlarının, diplomatik və hərbi sistemlərin belə təhlükə ilə üz-üzə qaldığını göstərir.

Hazırda istifadəçilərə özlərini qorumaq üçün bir sıra mühüm addımlar tövsiyə olunur. Bunlar arasında bütün hesablar üçün unikal və güclü parollardan istifadə, parol menecerlərinə keçid, iki faktorlu autentifikasiyanın aktivləşdirilməsi, şübhəli keçidlərdən uzaq durmaq və qaranlıq veb monitorinq alətləri vasitəsilə öz məlumatlarının sızıb-sızmadığını yoxlamaq xüsusi önəm daşıyır.

“Cybernews”un hesablamalarına görə, bu hadisə nəticəsində dünya üzrə milyardlarla internet istifadəçisinin şəxsi məlumatları risk altına düşüb. Onların böyük bir hissəsi bu sızma ilə əlaqəli verilənlər bazalarında ən azı bir hesabla təmsil olunur.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.