“Apple” kompaniyasının Çindəki “iPhone” satışları “Huawei”in bazar payını əldə etməsindən dolayı enib.
BBN.az BBC Business-ə istinadən xəbər verir ki, bildirilir ki, satışların Çin bazarında azalması isə 2024-cü ilin ilk 6 həftəsində baş verib və ilin əvvəli ilə müqayisədə 24% aşağı düşüb.
“Counterpoint” araşdırma şirkətinin məlumatına əsasən qeyd edilən dövr ərzində “Huawei”in satışları isə öz doğma bazarında 64% yüksəlib.
Öz növbəsində məsələ ilə bağlı olaraq “Apple” və “Huawei”dən isə BBC-nin sorğusuna cavab verilməyib.
Qeyd edək ki, Çin “Apple” üçün ən böyük bazarlardan biri hesab edilir və ümumi smarfon satışlarında da eyni dövrdə 7% azalma qeydə alınıb.