Home » AQEM-ə üzv ölkələr KOB-ların yaşıl iqtisadiyyata keçidinə dair təcrübələrini bölüşüblər

AQEM-ə üzv ölkələr KOB-ların yaşıl iqtisadiyyata keçidinə dair təcrübələrini bölüşüblər

by Aytac
0 comments 0 views 1 minutes read

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Katibliyinin birgə təşkilatçılığı ilə “KOB-ların yaşıl iqtisadiyyat təcrübələrinin tətbiqinə dair siyasət və praktiki yanaşmalar” mövzusunda onlayn seminar təşkil olunub.

Agentliyin məlumatına görə, tədbirə Azərbaycan, Qazaxıstan, İordaniya, Türkiyə, Rusiya, Banqladeş, İsrail, Kamboca, Tailand və digər ölkələrdən müvafiq sahədə ixtisaslaşmış qurumların nümayəndələri və ekspertlər qatılıblar.

Müvafiq ölkələrin nümayəndələri tərəfindən seminarda KOB-ların yaşıl transformasiyası, bu istiqamətdə müxtəlif ölkələrin prioritetləri və siyasət gündəliyi, yaşıl fəaliyyətə keçidi dəstəkləyən dövlət alətləri, hədəfli proqramlar, yaşıl prinsiplərin sahibkarların gündəlik fəaliyyətinə inteqrasiyasına dair təqdimatlar keçirilib. Təqdimatlarda KOSGEB və JEDCO kimi ixtisaslaşmış qurumların təcrübəsi, biznes assosiasiyalarının və özəl sektorun yanaşmaları da əhatə olunub.

Tədbirdə dayanıqlı iqtisadi inkişafın təmin olunmasında KOB-ların roluna, yaşıl keçidin əhəmiyyətinə və ekoloji cəhətdən məsuliyyətli biznes modellərinin təşviqinə dair fikir mübadiləsi aparılıb. Həmçinin, bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi və KOB-ların yaşıl iqtisadiyyata inteqrasiyası üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilib, iştirakçıların sualları cavablandırılıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.