Home » “Aqrokadr.az” portalında 100-dən çox yeni vakansiya dərc edilib

“Aqrokadr.az” portalında 100-dən çox yeni vakansiya dərc edilib

by bbnadm
0 rəy 15 baxış 1 dəqiqə oxuma

Azərbaycanda aqrar sektorda insan resurslarının inkişafı, kənd təsərrüfatı üzrə potensiallı mütəxəssislərin işəgötürənlərlə faydalı kommunikasiyasının yaradılması, vakansiyalara əlçatanlığın artırılması və işəgötürənlərin işçi axtarışlarının stimullaşdırılmasına dəstək olmaq məqsədilə yaradılan www.aqrokadr.az karyera portalında dövlət və özəl müəssisələrə aid 100-dən çox yeni vakansiya dərc edilib.

“MKT Cotton MMC”, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu, Əkinçilik Elmi-Tədqiqat İnstitutu, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu və Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutuna aid heyvandarlıq, maliyyə, sürücü-mexanik, entimoloq, biznes proseslərinin idarə olunması üzrə mütəxəssis və digər yeni iş elanları karyera portalında yayımlanıb.

İşaxtaranlar “aqrokadr.az” portalında fərdi şəxs kimi qeydiyyatdan keçərək vakansiyalara sayt üzərindən birbaşa müraciət edə bilərlər. Müraciətçilər işəgötürənlər tərəfindən fərdi seçim əsasında müsahibələrə dəvət ediləcəklər.

Məlumat üçün qeyd edək ki, Aqrokadr.az Karyera Portalı Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 16.08.2021 tarixində ictimaiyyətə təqdim edilib. Portal insan kapitalının aqrar sahə üzrə potensialının müəyyən edilməsi və aqrar peşələrlə bağlı məşğulluğun müasir çağırışlara uyğunluğuna dəstəyi hədəfləyir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.