Home » ARDNF-in investisiya portfelində dolların payı artıb

ARDNF-in investisiya portfelində dolların payı artıb

by yunus
0 comments 1 views 1 minutes read

Bu il iyulun 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin dəyəri 72 milyard 595,1 milyon ABŞ dolları təşkil edib.

BBN.az xəbər verir ki, bu göstərici ötən ilin eyni tarixi ilə müqayisədə 6 milyard 79,9 milyon ABŞ dolları və ya 9,1% artıb.

Hazırda ARDNF-in investisiya portfelinin 69,7%-i və ya 50 milyard 566,1 milyon ABŞ dolları dollarla ifadə olunan aktivlərdən ibarətdir. Bu, bir il əvvəlki göstərici ilə müqayisədə 3,2 faiz bəndi çoxdur.

Əvəzində portfeldə avronun payı 3,2 faiz bəndi azalaraq 17,7%-ə düşüb və 11 milyard 279,8 milyon dollar təşkil edib.

Hesabat dövründə ingilis funt sterlinqinin investisiya portfelindəki payı 0,2 faiz bəndi azalaraq 4,9%-ə, Çin yuanının payı isə 0,1 faiz bəndi azalaraq 2,3%-ə enib.

Yapon yeninin payı 0,1 faiz bəndi artaraq 1,5%-ə yüksəlib. Digər xarici valyutaların portfeldəki payı isə 0,2 faiz bəndi artaraq 3,9% təşkil edib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.