Argentina Mərkəzi Bankı inflyasiyanın proqnozlardan daha pis nəticə göstərməsindən dolayı bençmark faiz dərəcəsini 118%-dən 133%-ə yüksəldib.
BBN.az Reuters nəşrinə istinadən xəbər verir ki, 10 gün sonra isə seçicilər iqtisadi böhranın kəskinləşməsindən dolayı yeni prezident seçmək üçün səsvermədə iştirak edəcəklər.
Qeyd edək ki, Mərkəzi Bankın belə bir qərar verməsinə səbəb isə ölkənin iqtisadi mənzərəsi ilə bağlı nəticələrin proqnozlardan daha pis olması ilə bağlı olub. Belə ki, sentyabrda Argentinada aylıq inflyasiya 12.7, illik inflyasiya isə nə az nə çox 140%-ə çatıb, daha dəqiq isə 138% olub.
Əlavə edək ki, bu həftə ölkənin milli pul vahidi peso isə dollar qarşısında psixoloji həddi keçib, söhbət isə hər dollara görə 1000 pesodan gedir. Ölkədə ümumi prezident seçkilərinin tarixi isə oktyabrın 22-ə planlaşdırılıb.