Home » “ASAN xidmət” BMT-nin ekspert qrupunun iclasında təmsil olunub

“ASAN xidmət” BMT-nin ekspert qrupunun iclasında təmsil olunub

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

14-16 oktyabr 2020-ci tarixində BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı Təşkilatının (UNCTAD) “Elektron ticarət və rəqəmsal iqtisadiyyat üzrə hökumətlərarası ekspert qrupu”nun 4-cü iclası keçirilib.

Hökumətlərarası ekspert qrupunun əsas məqsədi rəqəmsal iqtisadiyyatın dünya ölkələri üzrə qeyri-bərabər inkişaf etdiyini nəzərə alaraq elektron ticarətin imkanlarından faydalanmaqda və mövcud çətinliklərin aradan qaldırılmasında inkişaf etməkdə olan ölkələrə dəstək olmaqdır. İclasda “Rəqəmsal platformalar və inkişaf etməkdə olan ölkələrdə dəyər yaradılması: milli və beynəlxalq siyasətə təsirlər” mövzusu, həmçinin elektron ticarət və rəqəmsal iqtisadiyyatın ölçülməsi üzrə işçi qrupun 1-ci iclasının hesabatı ətrafında müzakirələr aparılıb. 

Ekspert qrupunun sessiyasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müşaviri Azər Bayramov iştirak edib və ölkəmizdə rəqəmsal iqtisadiyyatın və elektron ticarətin inkişafı ilə bağlı çıxış edib. Çıxışda Azərbaycanın Avrasiya regionunda rəqəmsal, logistika və ticarət mərkəzinə çevrilməsi istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib.  

Eyni zamanda 27 sentyabr tarixindən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının mövqelərini və yaşayış məntəqələrini atəşə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başlaması, Azərbaycanın sıx məskunlaşmış yaşayış yerlərinin və mülki şəxslərinin məqsədyönlü atəşə tutulduğu diqqətə çatdırılıb. Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməməsi barədə iclas iştirakçılarına məlumat verilib.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.