Home » “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə müvafiq Qərarına əsasən aidiyyəti “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin fəaliyyəti də məhdudlaşdırılacaq.

Belə ki, Bakı şəhərindəki bütün “ASAN xidmət” və “ASAN Kommunal”, həmçinin Sumqayıt və Gəncə regional “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti 5 iyun saat 14:00-dan 8 iyun 2020-ci il saat 09.00-dək dayandırılır.

Qeyd olunan tarixlərdə hazır sənədlərin götürülməsi üçün mərkəzlərə müraciət etməli olan vətəndaşlar növbəti iş günlərində müvafiq xidmətlərdən yararlana bilərlər.

Xatırladaq ki, 27 aprel tarixindən “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində vətəndaşların qəbulu “ASAN xidmət” mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.