
Yaxın Şərqdə artan müharibə riskləri qlobal bazarlara təsir etməyə davam edir. Bank of Singapore Asiya səhmləri üzrə mövqeyini dəyişərək “Overweight”dən “Neutral”a endirdiyini açıqlayıb.
Bank analitiklərinin sözlərinə görə, qərarın əsas səbəbi ABŞ-İsrail və İran müharibəsi fonunda enerji bazarlarında artan risklərdir. Xüsusilə də neft daşımalarının əsas marşrutu olan Hörmuz ətrafında yaranan gərginlik bazarlar üçün ciddi təhlükə yaradır.
Ekspertlər bildirir ki, münaqişənin uzanması neft qiymətlərinin daha da artmasına və riskli aktivlərin dəyərinin azalmasına səbəb ola bilər.
Bankın region üzrə yeni mövqeyi:
Üstünlük verilən bazarlar: Hong Kong, China, Singapore
Malaysia – “Neutral”a endirildi
Philippines və Indonesia – “Underweight”
Analitiklər qeyd edir ki, Yaponiya istisna olmaqla Asiya ölkələri neft idxalından daha çox asılıdır. Buna görə də enerji qiymətlərindəki artım regionun iqtisadi artımını və şirkətlərin gəlirlərini daha çox təzyiq altında saxlayır.
Eyni zamanda, müharibə uzanarsa, həm Asiya mərkəzi banklarının, həm də Federal Ehtiyatlar Sisteminin faiz dərəcələrini azaltması çətinləşə bilər. Bu isə dolların möhkəmlənməsinə və Asiya fond bazarlarında əlavə təzyiqə səbəb ola bilər.
Bank həmçinin qeyd edib ki, hazırda Çin böyük strateji neft ehtiyatları və elektrik avtomobillərinə keçid sayəsində mümkün enerji şoklarına qarşı daha dayanıqlı görünür.




