Asiya İnkişaf Bankı ilə KOB sahəsində əməkdaşlıq imkanları müzakirə edilib

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya Departamentinin Baş iqtisadçısı Joao Pedro Farinhanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə ölkəmizdə kiçik və orta biznesin inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib, Asiya İnkişaf Bankının Azərbaycan üzrə yeni Tərəfdaşlıq Strategiyası çərçivəsində KOBİA ilə əməkdaşlıq imkanları müzakirə edilib. Görüşdə həmçinin, KOB subyektlərinin bilik və bacarıqlarının artırılması, maliyyə resurslarına və bazarlara çıxış imkanının genişləndirilməsi, dövlət-özəl sektor tərəfdaşlığı layihələrinin inkişaf etdirilməsi və qarşılıqlı maraq kəsb edən digər sahələr üzrə əməkdaşlıq perspektivləri, eləcə də layihələrlə bağlı fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır