Avropa Birliyi ölkələrinin maliyyə nazirləri dünən telekonfrans vasitəsilə keçirilən iclas nəticəsində 540 milyard avro (590 milyard dollar) həcmində stimullaşdırıcı paket ayırmağı qərara alıblar. Stimullaşdırıcı paketin əsas məqsədi üzv ölkələrin iqtisadiyyatlarına koronavirus pandemiyasının göstərdiyi təzyiqləri yüngülləşdirməkdir.
Ümumi ayrılan vəsaitin 100 milyard avroluq hissəsi məşğulluq sahəsinə yönələcək və işlərini itirən şəxslərin kompensasiyası üçün istifadə ediləcək.
200 milyard avro həcmində məbləğ Avropa İnvestisiya Bankı tərəfindən şirkətlərin likvidlik ehtiyatlarının artırılmasına yönəldiləcək.
Son olaraq isə, Avropa Stabillik Mexanizmi (ESM) vasitəsilə üzv ölkələrə ölkə iqtisadiyyatını ayaqda saxlamaq və səhiyyə sistemlərini gücləndirmək məqsədilə 240 milyard avro həcmində kredit xətti ayrılacaq.