Home » İpoteka istiqrazları üzrə faiz və nominal ödənişləri barədə məlumat açıqlanıb

İpoteka istiqrazları üzrə faiz və nominal ödənişləri barədə məlumat açıqlanıb

by bbnadm
0 rəy 1 baxış 1 dəqiqə oxuma

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən emissiya edilmiş AZ2027008681, AZ2027008682, AZ2029008680, AZ2030008687 İSİN-li istiqrazların emissiya prospektinə əsasən, istiqrazlar üzrə faiz ödənişləri günündə faiz ödənişi ilə yanaşı istiqrazların nominal üzrə qalıq dəyərinin müəyyən bir hissəsinin (ipoteka örtüyünə daxil olan aktivlər üzrə əsas borc ödənişlərinə bərabər hissəsinin) ödənilməsi nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondundan daxil olan məlumata əsasən, 8 aprel 2020-ci il tarixində AZ2027008681, AZ2027008682, AZ2029008680, AZ2030008687 İSİN-li istiqrazlar üzrə növbəti faiz ödənişi emitent tərəfindən həyata keçirilmişdir. Buna əsasən,8 aprel 2020-ci il tarixindən etibarən sözügedən istiqrazların nominal üzrə qalıq məbləği 854.86 AZN təşkil edir.

Növbəti faiz ödəniş dövründə 3%-lik faiz gəliri 854.86  AZN məbləği əsasında

hesablanacaq.

Bakı Fond Birjasında AZ2027008681, AZ2027008682, AZ2029008680, AZ2030008687 İSİN-li istiqrazlar ilə ticarət edərkən istiqrazların baza qiymətinin 854.86  AZN olması nəzərə alınmalıdır.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.