Home » Avropa Enerji Tənzimləyiciləri Şurasının ekspertləri AERA-da təcrübələrini bölüşüblər

Avropa Enerji Tənzimləyiciləri Şurasının ekspertləri AERA-da təcrübələrini bölüşüblər

by ulviyya
0 rəy 0 baxış 0 dəqiqə oxuma

29-30 noyabr tarixlərində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) mütəxəssisləri üçün Avropa Enerji Tənzimləyiciləri Şurasının (CEER) ekspertlərinin iştirakı ilə növbəti seminar təşkil edilib.

Tədbir Avropa İttifaqının “EU4Energy” proqramının II mərhələsi – “Şərq Tərəfdaşlığı ölkələrində təmiz enerjiyə keçidin təşviqi” layihəsi çərçivəsində keçirilib.

İki gün davam edən seminarda sözügedən beynəlxalq qurumun ekspertləri elektrik və qaz təchizatı şəbəkəsində xidmət keyfiyyətinin, etibarlılığının və dayanıqlığının qiymətləndirilməsi, habelə texniki və kommersiya keyfiyyəti, eləcə də təchizat davamlılığı ilə bağlı Avropa təcrübəsini AERA-nın mütəxəssisləri ilə bölüşüblər.

Seminar zamanı təqdim olunan mövzular ətrafında birgə fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.