Home » Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalarla bağlı razılığa gəlib

Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalarla bağlı razılığa gəlib

by yunus
0 comments 0 views 1 minutes read

Avropa İttifaqına (Aİ) üzv ölkələr Rusiyadan alüminium idxalını qadağan edən və Rusiyanın kölgə donanmasını hədəf alan yeni sanksiyalarla bağlı razılığa gəliblər.

BBN.az xəbər verir ki, Avropa Komissiyasının sədri Ursula fon der Leyen sosial media hesabında etdiyi paylaşımda Aİ ölkələrinin 24 fevralda Rusiyanın Ukraynaya qarşı müharibəsinin ildönümü ilə əlaqədar hazırlanan 16-cı sanksiya paketi üzrə razılığa gəldiyini açıqlayıb.

Bu paketlə Aİ-nin Rusiyanın “kölgə donanmasındakı” gəmiləri hədəf aldığını və ölkəyə yeni idxal və ixrac qadağaları tətbiq edəcəyini bildirən fon der Leyen “16-cı sanksiya paketimizlə bağlı əldə olunan razılığı alqışlayıram” ifadəsini işlədib.

O, sanksiyalardan yayınma hallarının qarşısını almaq üçün də tədbirlər gördüklərini vurğulayaraq, Kremlə təzyiqləri davam etdirməkdə qətiyyətli olduqlarını bildirib.

Bütün detalları paylaşılmayan yeni sanksiyalar çərçivəsində Rusiya alüminium məhsullarının Aİ-yə idxalına mərhələli qadağa tətbiq ediləcək və xam neft satışına yönəlmiş tədbirlər daha da sərtləşdiriləcək.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.