Home » Avropa İttifaqı süni intellekt qanununu təsdiqləyib

Avropa İttifaqı süni intellekt qanununu təsdiqləyib

by yunus
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Aİ Şurası, dünyada süni intellektlə bağlı ilk əhatəli qaydaları gətirəcək “Süni intellekt Qanunu”nun üzv dövlətlər tərəfindən qəbul edildiyini açıqlayıb.

BBN.az xəbər verir ki,qanuna əsasən, Aİ ölkələrində süni intellekt qaydaları uyğunlaşdırılacaq. Birlikdə istifadə ediləcək süni intellekt sistemlərinin təhlükəsiz olması və əsas hüquqlara hörmət edilməsi lazımdır.

Süni intellekt sistemləri cəmiyyətə zərər vurma ehtimalına uyğun olaraq “risk əsaslı” şəkildə tənzimlənəcək. Risk artdıqca qaydalar da sərtləşəcək.

Süni intellektin bəzi istifadələrində risk qəbuledilməz kimi təsnif ediləcək və bu sistemlərin istifadəsi qadağan ediləcək.

İnternetdən və ya CCTV-dən üz şəkillərinin alınması, iş yerində və təhsil müəssisələrində emosiyaların tanınması, sosial qiymətləndirmə, cinsi oriyentasiya və ya dini inanclar kimi həssas məlumatları çıxarmaq üçün biometrik təsnifat qadağan ediləcək.

İnsan davranışını manipulyasiya edən və ya insan zəifliklərindən istifadə edən süni intellekt qadağan ediləcək.

Video, mətn, şəkillər yaratmaq, başqa dildə danışmaq, kompüter kodunu hesablamaq və ya yazmaq kimi geniş spektrli müxtəlif vəzifələri yerinə yetirə bilən böyük sistemlərə xüsusi qaydalar tətbiq ediləcək.

Bu mərhələdən etibarən qanun Aİ-nin rəsmi jurnalında dərc edildikdən 2 il sonra qüvvəyə minəcək.

Yeni qanunla Google-un süni intellekt modeli Gemini və ChatGPT kimi müxtəlif süni intellekt texnologiyaları yeni qaydalara uyğun yenidən düzənlənəcək.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.