Home » Avropa İttifaqının “fövqəladə təbii qaz planı” qüvvəyə minir

Avropa İttifaqının “fövqəladə təbii qaz planı” qüvvəyə minir

by bbnadm
0 comment 0 views 1 minutes read

Avropa İttifaqına (Aİ) üzv olan ölkələrdən könüllü olaraq təbii qaz istehlakını, son 5 ilin eyni dövründəki orta istehlakla müqayisədə avqustun 1-dən martın 31-dək 15% azaldılması istənilir. 

BBN.az DW Business-ə istinadən xəbər verir ki, iyulun sonunda Aİ enerji nazirləri tərəfindən təsdiq edilən plana, əsasən qənaət hədəfləri təchizat ilə bağlı fövqəladə vəziyyət zamanı məcburi edilə bilər. İspaniya və İtaliya isə 15%-lik könüllü qənaət hədəfindən uzaqda qalan ölkələrdir. 

“Fövqəladə plan”ın məqsədi, ümumilikdə 45 milyard kub metr təbii qaza qənaət etməkdir. Avropa Komissiyasının məlumatına, əsasən Almaniya Aİ-yə daxil olan ən çox təbii qazdan istifadə edən ölkədir, buna görə də bu ümumi hədəfin 10 milyard kub metrini ödəməlidir (qənaət etməklə-red.). Bildirək ki, Almaniyada təbii qazın qiymətləri ilin sonundan bu yana 2 dəfə artıb, bu isə hər kilovatt-saata görə 0.13 avro, yaxud 0.13 dollardır (avro və dolların məzənnəsi bərabərlik əldə etdiyinə görə-red.), bəzi təchizatçılar isə qiyməti daha da artırıblar. Oktyabrın 1-dən isə Almaniyada təbii qaza görə qiymətlər daha da artacaq və hər kilovatt-saata görə 0.05%-ə qədər əlavə “həmrəlik vergisi” ödəməyi tələb edəcək. Pulun məqsədi Rusiyadan başqa ölkələrdən təbii qaz idxal edən Aİ ölkələrə kömək məqsədi daşıyır. 

“Fövqəladə vəziyyət planı” ilkin olaraq 1 il ərzində qüvvədə olacaq. Aİ tərəfindən belə bir planın yaradılmasında məqsəd idi Rusiyanın təbii qaz ixracını Avropaya tamamilə dayandırması qorxusu ilə bağlıdır. 

You may also like

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.