Home » Avropa Komissiyası Azərbaycana 140 milyon avro ayırıb

Avropa Komissiyası Azərbaycana 140 milyon avro ayırıb

by bbnadm
0 comment 0 views 1 minutes read

Koronavirus pandemiyasının yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində Avropa Komissiyası Şərq Tərəfdaşlığı Ölkələrinə maliyyə vəsaiti ayırıb. Belə ki, Şərq Tərəfdaşlığı Ölkələrinə daxil olan Azərbaycan, Belarus, Moldova, Gürcüstan, Ukrayna və Ermənistana təcili ehtiyaclar üçün 140 milyon dollar məbləğində maliyyə dəstəyi göstərib.

Həmçinin, sözügedən ölkələrdə pandemiyanın sosial-iqtisadi zərərlərini yüngülləşdirmək üçün 700 milyon avro məbləğində vəsait ayrılacaq.

Bununla yanaşı, Komissiya Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıqdadır və bu altı ölkənin səhiyyə işçilərinin təlimatlandırılması və əhalinin məlumatlandırılması tədbirlərinin keçirilməsi üçün növbəti həftələrdə 30 milyon avro vəsait ayıracaq. Komissiya yaya qədər yerli KOB-lara qrantların ayrılması üçün “Şərq Tərəfdaşlığı Həmrəyliyi Proqramı”nı başladacaq.

You may also like

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.