Avropa Birliyi Statistika Ofisi (EUROSTAT) 2019-cu ilin son rübündə Avropada daşınmaz əmlak qiymətləri ilə bağlı hesabat yayınlayıb. Hesabata istinadən, Avrozonada (19 ölkə) daşınmaz əmlak qiymətləri 2018-ci ilin son rübünə nisbətdə 4.2%, 2019-cu ilin üçüncü rübünə nisbətdə isə 0.7% yüksəlib.
Avropa Birliyi ölkələrində isə bu göstərici 2018-ci ilin son rübünə nisbətdə 4.7%, 2019-cu ilin üçüncü rübünə nisbətdə isə 0.8 % artıb.
Bir öncəki rübə nəzərən daşınmaz əmlak qiymətlərində ən böyük artım Maltada (3.5%), ən böyük azalma isə Kiprdə (-3.7%) qeydə alınıb.