Maliyyə sahəsində ixtisaslaşan “deVere Group” koronavirus pandemiyası səbəbindən maliyyə texnologiyaları sahəsində fəaliyyət göstərən “fintech” şirkətlərin tətbiqetmələrindən istifadə həcminin ötən həftə ərzində 72% artdığını açıqlayıb.
İsveçrə mərkəzli şirkəti hesabatında bildirib ki, belə kəskin artımın əsas səbəbi istehlakçıların koronavirus səbəbindən sosial uzaqlaşma və izolyasiya müddətində rəqəmsal maliyyə xidmətlərinə daha sürətli adaptasiya olmaqlarıdır. Məsələn, online qızıl alışı tətbiqetməsi “Glint Pay” istifadəçilərinin sayında ötən həftə 718%-lik artım müşahidə olunub. Asiya və Orta Şərq ölkələrində fəaliyyət göstərən bankçılıq tətbiqetmələrinin da istifadə həcmində gözəçarpan artım olub. Artım tendensiyasının davamlılığı proqnozlaşdırılır.