Avropa Birliyinə daxil olan ölkələrdə mart ayı üçün ortalama illik inflyasiya 1.2% olub. Qeyd edək ki, ötən ilin müvafiq ayında bu göstərici 1.6% olub. Avrozona ölkələri üçün isə mart ayının illik inflyasiya rəqəmi isə ötən ilə nisbətdə 0.7% azalaraq 0.7% səviyyəsində qərarlaşıb. Bu barədə məlumat Avropa Birliyinin statistika ofisi “Eurostat” tərəfindən paylaşılıb.
Sözügedən dövr üçün ən yüksək illik inflyasiya göstəriciləri Macarıstan və Polşada (3.9%), ən aşağı göstərici isə İspaniya, İtaliya, Portuqaliya və Kiprdə (0.1%) qeydə alınıb.
Bahalaşmanın ən çox qeydə alındığı sahələr isə müvafiq olaraq xidmət, alkoqol, tütün, yeyinti və sənaye sektorları olub.