Home » Mobil ödənişlər bazarı son üç ildə 175% artıb

Mobil ödənişlər bazarı son üç ildə 175% artıb

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Mobil ödənişlər günü-gündən istehlakçıların həyatını rahatlaşdırmaqla yanaşı, hər gün sayı artan mobil cüzdan tətbiqetmələri funksiyalarını genişləndirir. Mobil cüzdan tətbiqetmələrinin istifadəsi ABŞ ilə yanaşı, Avropa ölkələrində də kəskin artım göstərib. Belə ki, 2017-ci ildə 17.4 milyard dollar dəyərində olan Avropanın mobil cüzdan bazarı, 2018-ci ildə 45%-lik artıma məruz qalaraq 25 milyard dollara çatıb. 2019-cu ildə isə bu göstərici 35 milyard dolları ötüb. Beləliklə, son üç ildə Avropanın mobil cüzdanlar sektorunda 175%-lik artım müşahidə olunub.

İstifadəçi sayına nəzər saldıqda isə, 2017-ci ildə mobil cüzdanlardan istifadə edən avropalıların sayı 35 milyondan az olduğu halda, 2020-ci ilə qədər bu göstərici 51.7 milyon nəfəri üstələyib. “Finanso.se” tərəfindən aparılan araşdırmalar nəticəsində tərtib edilən hesabatda, mobil cüzdan istifadəçilərinin 2023-cü ilədək 63 milyon nəfəri keçəcəyi proqnozlaşdırılıb. Həmçinin, hal-hazırda 931 dollar səviyyəsində olan adambaşına düşən ortalama tranzaksiya dəyərinin 2023-cü ilədək kritik artaraq 1768 dollar səviyyəsinə çatacağı göstərilib.

2020-ci ildə mobil cüzdanlar vasitəsilə həyata keçirilən tranzaksiyaların ümumi dəyərinin ötən ilə nisbətdə 37.3% artaraq 48.1 milyard dollara çatması ehtimal edilir. Növbəti illərdə də belə kəskin artım tendensiyası nəticəsində 2023-cü ilədək sözügedən göstəricinin 111 milyard dolları üstələməyi proqnozlaşdırılır.

Məlumat üçün qeyd edək ki, 2019-cü ildə mobil ödənişlərdən ən çox istifadə edilən ölkə Rusiya Federasiyası olub.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.