Avropada pərakəndə ticarət həcmi artıb

Avropa Birliyi Statistika Ofisi (EUROSTAT) ötən ilin noyabr ayında Avropada pərakəndə ticarətin həcmi ilə bağlı hesabat yayınlayıb. Hesabata istinadən, Avrozonada (19 ölkə) pərakəndə ticarət həcmi oktyabr ayına nisbətdə 1.0%, 2018-ci ilin noyabr ayına nisbətdə 2.2% artıb.

Avropa Birliyi ölkələrində isə bu göstərici oktyabr ayına nisbətdə 0.6%, 2018-ci ilin noyabr ayına nisbətdə isə 1.9% irəliləyib.

Oktyabr ayına nəzərən pərakəndə ticarət göstəricilərində ən böyük artım Polşada (3.3%), ən böyük geriləmə isə Birləşmiş Krallıqda (-1.7%) qeydə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır