Avropada pərakəndə ticarət həcmi azalıb

Avropa Birliyi Statistika Ofisi (EUROSTAT) ötən ilin dekabr ayında Avropada pərakəndə ticarətin həcmi ilə bağlı hesabat yayınlayıb. Hesabata istinadən, pərakəndə ticarət həcmi noyabr ayına nisbətdə Avrozonada (19 ölkə) 1.6%, Avropa Birliyi ölkələrində (27 ölkə) isə 1.3% azalıb.

2018-ci ilin dekabr ayı göstəriciləri ilə müqayisə etdikdə, Avropa Birliyi ölkələrində 1.3%-lik, Avrozonada isə 1.9%-lik artım müşahidə olunub.

Noyabr ayına nəzərən pərakəndə ticarət göstəricilərində ən böyük artım İrlandiyada (2.7%), ən böyük geriləmə isə Almaiyada (-3.3%) qeydə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır