Avropada sənaye istehsalı artıb

Avropa Birliyi Statistika Ofisi (EUROSTAT) fevral ayında Avropada sənaye istehsalının həcmi ilə bağlı hesabat yayınlayıb. Hesabata istinadən, sənaye istehsalı 2022-ci ilin yanvar ayına nisbətdə Avrozonada (19 ölkə) 0.7%, Avropa Birliyi ölkələrində isə 0.6% artıb.

2021-ci ilin fevral ayının göstəriciləri ilə müqayisə etdikdə isə, Avropa Birliyi ölkələrində bu göstəricinin 3%, Avrozona ölkələrində isə 2% irəlilədiyini müşahidə edə bilərik.

2021-ci il üzrə illik sənaye istehsalı artım göstəricisi isə Avrozonada 7.8%, Avropa Birliyi ölkələrində isə 8.2% səviyyəsində qərarlaşıb.

Yanvar ayına nəzərən sənaye istehsalında ən böyük artım İtaliyada (4%), ən böyük geriləmə isə Sloveniyada (-8.3%) qeydə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır