Avropada sənaye istehsalı azalıb

Avropa Birliyi Statistika Ofisi (EUROSTAT) fevral ayında Avropada sənaye istehsalının həcmi ilə bağlı hesabat yayınlayıb. Hesabata istinadən, sənaye istehsalı 2020-ci ilin yanvar ayına nisbətdə Avrozonada (19 ölkə) 0.1% azalıb, Avropa Birliyi ölkələrində isə sabit qalıb.

2019-cu ilin fevral ayının göstəriciləri ilə müqayisə etdikdə isə, Avropa Birliyi ölkələrində isə bu göstəricinin 1.3%, Avrozona ölkələrində isə 1.9% gerilədiyini müşahidə edə bilərik.

Yanvar ayına nəzərən sənaye istehsalında ən böyük artım Estoniyada (8.7%), ən böyük geriləmə isə Yunanıstanda (-3.7%) qeydə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır