0
Avropa Birliyi Statistika Ofisi (EUROSTAT) 2019-cu ilin dekabr ayında Avropada sənaye istehsalının həcmi ilə bağlı hesabat yayınlayıb. Hesabata istinadən, Avrozonada (19 ölkə) sənaye istehsalı noyabr ayına nisbətdə 2.1%, 2018-ci ilin oktyabr ayına nisbətdə isə 4.1% azalıb.
Avropa Birliyi ölkələrində isə bu göstərici noyabr ayına nisbətdə 2.0%, 2018-ci ilin müvafiq dövrünə nisbətdə isə 3.9% geriləyib.
Ötən aya nəzərən sənaye istehsalında ən böyük artım Norveçdə (7.2%), ən böyük geriləmə isə İrlandiyada (-6.2%) qeydə alınıb.