Avropada sənaye istehsalı geriləyib

Avropa Birliyi Statistika Ofisi (EUROSTAT) 2021-ci ilin avqust ayında Avropada sənaye istehsalının həcmi ilə bağlı hesabat yayınlayıb. Hesabata istinadən, Avrozonada (19 ölkə) sənaye istehsalı iyul ayına nisbətdə 1.6%, Avropa Birliyi ölkələrində isə 1.5% azalıb.

Ötən ilin avqust ayı göstəricilərilə nisbətdə isə Avrozonada 5.1%, Avropa Birliyi ölkələrində isə 5.3% həcmində artım qeydə alınıb..

Ötən aya nəzərən sənaye istehsalında ən böyük artım Danimarkada (3.5%), ən böyük geriləmə isə Maltada (-6.3%) qeydə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır