Avropada sənaye istehsalının son vəziyyəti

Avropa Birliyi Statistika Ofisi (EUROSTAT) 2019-cu ilin noyabr ayında Avropada sənaye istehsalının həcmi ilə bağlı hesabat yayınlayıb. Hesabata istinadən, Avrozonada (19 ölkə) sənaye istehsalı oktyabr ayına nisbətdə 0.2% artıb. Lakin, digər tərəfdən sözügedən göstərici 2018-ci ilin noyabr ayına nisbətdə 1.5% azalmaya məruz qalıb.

Avropa Birliyi ölkələrində isə azalma tendensiyası özünü daha çox biruzə verib. Belə ki, 2019-cu ilin noyabr ayına olan sənaye istehsalı göstəricisi oktyabr ayına nisbətdə 0.1%, 2018-ci ilin müvafiq dövrünə nisbətdə isə 1.3% aşağıdır.

Azalma tendensiyasının ən çox müşahidə olunduğu ölkələr Yunanıstan (-8.3%), Rumıniya (-7.5%) və Estoniyadır (-7.2%) . Ən böyük irəliləyişlər isə Macarıstan (5.7%) və Polşada (5.6%) qeydə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır