Home » Avrozonada investor inamı son altı ayın ən yüksək səviyyəsinə çatıb

Avrozonada investor inamı son altı ayın ən yüksək səviyyəsinə çatıb

by yunus
0 comments 0 views 1 minutes read

Avrozonada investor inamı avqust ayında gözləntilərdən daha çox yaxşılaşıb və son altı ayın ən yüksək səviyyəsinə yüksəlib.

BBN.az xəbər verir ki, bazar araşdırmaları aparan və mərkəzi Frankfurtda yerləşən “Sentix” avqust ayı üzrə Avrozonanın Ümumi İnvestor İnamı İndeksinin göstəricilərini açıqlayıb.

Məlumata görə, iyul ayında mənfi 3,1 bənd təşkil edən indeks avqustda 4 bənd artaraq 0,9 bəndə yüksəlib. Bununla da indeks ardıcıl dördüncü ay artıb və 2026-cı ilin fevralından bəri ən yüksək səviyyəsinə çatıb.

Bazar iştirakçıları indeksin avqust ayında mənfi 0,7 bənd təşkil edəcəyini gözləyirdilər.

İndeksdəki artım əsasən investorların Avrozonanın mövcud iqtisadi vəziyyətinə dair qiymətləndirmələrinin yaxşılaşması ilə əlaqədar olub.

İnvestorların qarşıdakı altı aya dair gözləntilərini ölçən Proqnozlar İndeksi də 9,3 bənddən 10,3 bəndə yüksəlib.

Mövcud Vəziyyət İndeksi isə mənfi 14,8 bənddən mənfi 8 bəndə yüksələrək 2026-cı ilin fevralından bəri ən yüksək səviyyəsini qeydə alıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.