Home » Avrozonada investorların inamı 12 ayın ən yüksək səviyyəsinə çatıb

Avrozonada investorların inamı 12 ayın ən yüksək səviyyəsinə çatıb

by yunus
0 comments 0 views 1 minutes read

Avrozonada investor inamı son 12 ayın zirvəsində

BBN.az xəbər verir ki, Avrozonada investorların iqtisadiyyata olan inamı iyun ayında Almaniyada bərpa əlamətlərinin güclənməsi ilə son bir ilin ən yüksək həddinə çatıb.

Frankfurtda yerləşən bazar araşdırmaları şirkəti Sentix iyun ayı üzrə Avrozona Ümumi İnvestor İnam İndeksini açıqlayıb. Açıqlamaya görə, mayda mənfi 8,1 punkt olan indeks iyunda 0,2 punkta yüksəlib. Bu, iyun 2024-dən bu yana qeydə alınan ən yüksək göstəricidir. Analitiklər isə indeksin mənfi 6 punkta yüksələcəyini proqnozlaşdırırdılar.

Gələcək 6 ay üçün investor gözləntilərini əks etdirən Proqnozlar İndeksi 3,8-dən 14,3-ə qalxıb və son iki ayda ümumilikdə 30,1 punkt artım göstərib. Cari Vəziyyət İndeksi isə mənfi 19,3-dən mənfi 13 punkta yüksələrək, yenə də son 12 ayın ən yaxşı nəticəsini göstərib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.