Home » Avstraliyanın Mərkəzi Bankının rəhbəri: “İşdən çıxmaq ilə bağlı bir planım yoxdur”

Avstraliyanın Mərkəzi Bankının rəhbəri: “İşdən çıxmaq ilə bağlı bir planım yoxdur”

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Avstraliyanın Mərkəzi Bankının prezidenti Philip Lowe rəhbərlik etdiyi bankın 2022-ci il inflyasiya ilə bağlı yanlış proqnozuna görə işdən çıxmaq ilə bağlı bir planı yoxdur.

BBN.az xəbər verir ki, bu haqda 9 News Australia TV proqramı Philip Lowe-nin özünün çıxışına istinadən bildirib.

O, çıxışı zamanı bir daha xatırladıb ki, ölkənin iqtisadi inkişaf səviyyəsi yüksəkdir və işsizlik səviyyəsi aşağıdır: “İnsanların işləri, uşaqlarının imkanları var, ailələrin gəlirləri artır. Məndən və işimdən xoşu gəlməyən insanlara demək istədiyim sadəcə budur”, – deyə çıxışı zamanı sözlərinə əlavə edib. 

9 News Australia-dan deyilib ki, “2021-ci ilin noyabrında Philip Lowe çıxışında bildirirdi ki, güman etmirəm ki, 2022-ci ildə bu ölkədə inflyasiya olacaq. Yeni çıxışı zamanı isə əlavə edib ki, proqnoz etmək çətindir”.  

“İnflyasiya yüksəlir, bu bizim standart yaşayışımıza zərbə vurur, amma yüksək inflyasiya, həm də yüksək maaşlar deməkdir. Biz inflyasiyanı aşağı salmalıyıq, bunun yolu isə faiz dərəcələridir. Bəzi ailələr üçün çətin zamanlar qabaqdadır. Biz bunu bilirik. Qarşıdakı ayda faiz dərəcələrinin növbəti artımı tələb edilə bilər”, – deyə bankın rəhbəri bildirir. 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.