Home » “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının nəzərinə!

“Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının nəzərinə!

by anar
0 comment 6 views 1 minutes read

Mülki Məcəllənin 107-1.8-ci maddəsini rəhbər tutaraq, “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin (“ABB” ASC) İdarə Heyəti Sizin nəzərinizə çatdırır ki, 13.12.2024-cü il tarixində saat 1500-da Bakı şəhəri, Nizami küçəsi 67 ünvanında Bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı (bundan sonra – Ümumi Yığıncaq) keçiriləcəkdir.

Bununla yanaşı bildiririk ki, “ABB” ASC-nin Nizamnaməsinin 8.10-cu maddəsinə əsasən səsvermənin qiyabi şəkildə həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilir:

  • “ABB” ASC-nin nizamnamə kapitalının artırılması və Nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi;
  • “ABB” ASC-nin törəmə innovasiya şirkətinin yaradılması.

Ümumi yığıncağın keçirilməsinə dair bildiriş 07.11.2024-cü il tarixindən, gündəliyə çıxarılan məsələlər üzrə müvafiq materiallar və səvermə bülleteni isə 01.12.2024-cü il tarixindən hər bir səhmdar üçün Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi tərəfindən İnvestor Portalında yaradılmış şəxsi kabinetində yerləşdiriləcəkdir (invp.e-mdm.gov.az).

Gündəlikdəki məsələlərə dair münasibətinizi şəxsi kabinet vasitəsilə 01.12.2024‑cü il tarixindən 13.12.2024‑cü il tarixinədək elektron qaydada bildirməklə və ya bülleteni çap edərək müvafiq qaydada dolduraraq (imzanız notarial qaydada təsdiq edilməklə) qapalı zərfdə Bakı şəhəri, Nizami küçəsi 67 ünvanına 13.12.2024‑cü il tarixinədək göndərməklə səsvermədə qiyabi iştirak edə bilərsiniz.

Yuxarıda qeyd olunan qaydada təqdim edilmiş zərflərin açılması, eləcə də elektron qaydada verilmiş səslərin sayılması ümumi yığıncağın keçirildiyi gün həyata keçiriləcəkdir.

“ABB” ASC-nin İdarə Heyəti

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.