Home » Azərbaycan DB və BVF-nin 2029-cu il toplantısına ev sahibliyi edə bilər

Azərbaycan DB və BVF-nin 2029-cu il toplantısına ev sahibliyi edə bilər

by yunus
0 comments 1 views 1 minutes read

Azərbaycan 2029-cu ildə Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun (BVF) illik toplantısına ev sahibliyi edən ölkələrdən biri ola bilər.

BBN.az xəbər verir ki, bu barədə maliyyə nazirinin birinci müavini Anar Kərimov II Azərbaycan Halal Biznes (AZHAB) Forumunda çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan artıq bu tədbirin keçirilməsi üçün qısa siyahıya daxil edilib və dekabr ayında ölkəyə qiymətləndirmə missiyasının səfəri gözlənilir: “İslam İnkişaf Bankı Qrupu, Dünya Bankı və Asiya İnkişaf Bankı ilə əməkdaşlığımız getdikcə genişlənir. Gələn il İslam İnkişaf Bankının illik toplantısına da Azərbaycan ev sahibliyi edəcək. Bu isə halal sertifikatlaşdırılması və İslam maliyyəsinin inkişafı mövzularını ön planda saxlamaq üçün mühüm imkan yaradacaq”.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.