Home » Azərbaycan Dünya Bankı ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

Azərbaycan Dünya Bankı ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

by anar
0 rəy 1 baxış 1 dəqiqə oxuma

Azərbaycan Mərkəzi Bankın sədri Taleh Kazımov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşərək onunla qurumlar arasında əməkdaşlıq perspektivlərini müzakirə edib.

Bunu baş bankir “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, görüşdə 2025-2029-cu illəri əhatə edəcək Azərbaycan üzrə yeni Ölkə Tərəfdaşlıq Çərçivəsinin əsas istiqamətləri, davam edən investisiya layihələrinin hazırkı statusu, Dünya Bankının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində göstərə biləcəyi dəstəklə bağlı fikir mübadiləsi aparılıb. Eyni zamanda, Dünya Bankı ilə mövcud əlaqələrin genişləndirilməsi və “yaşıl taksonomiya”nın hazırlanması üzrə Bankın dəstək imkanları müzakirə edilib.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.