Home » Azərbaycan İsraildə keçirilən “CyberTech Global 2020” konfransında iştirak edir

Azərbaycan İsraildə keçirilən “CyberTech Global 2020” konfransında iştirak edir

by bbnadm
0 comment 0 views 1 minutes read

İsrailin paytaxtı Təl-Əvivdə “CyberTech Global 2020” beynəlxalq sərgi-konfransı işə başlayıb.

Konfransın açılışını İsrailin Baş naziri Benyamin Netanyahunun etməsi gözlənilsə də, onun ABŞ-da olması səbəbindən bu baş tutmayıb. Odur ki, hökumət başçısının videomüraciəti nümayiş etdirilib.

Daha sonra tədbirdə bu il ilk dəfə “5G” texnologiyası və onun üzərindən həyata keçirilən kiberhücumlar haqqında məlumat verilib.

Ümumilikdə 18 minə yaxın iştirakçının qatıldığı sərgi-konfransda Azərbaycanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi Faiq Fərmanov təmsil edir.

Konfransda çıxış edən İsrailin Elektrik Korporasiyasının İdarə Heyətinin rəhbəri Yiftah Ron-Tal qeyd edib ki, hazırda dünyada 1 milyarddan artıq insan elektrik enerjisi olmadan yaşayır: “Bu isə bizi “yaşıl enerji” ilə bağlı fəaliyyətimizi genişləndirməyə sövq edir”.

İsrail rəsmisinin fikrincə, kiberhücumlara qarşı mübarizə aparmaq üçün ən effektiv addımlardan biri bu sahədə fəaliyyət göstərən startapların dəstəklənməsidir: “Təkcə 2019-cu ildə İsraildə kibertəhlükəsizlik üzrə 12 startapa 1,9 milyard ABŞ dolları investisiya yatırılıb”.

Dünya üzrə kiberhücumların aktivliyindən danışan Yiftah Ron-Tal hər saniyədə 11 mindən artıq hücum qeydə alındığını açıqlayıb.

You may also like

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.