Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 6,25% səviyyəsində saxlanılması barədə qərar qəbul edib.

Bu barədə qurumun sədri Elman Rüstəmov onlayn keçirdiyi mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, faiz dəhlizinin aşağı həddi 5,75%, yuxarı həddi isə 6,75% səviyyəsində saxlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır