Azərbaycan nefti 3% ucuzlaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti 1,65 dollar və yaxud 3,33% ucuzlaşıb.

“Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 47,87 dollara bərabər olub.

Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Mənbə: report.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır