2
Dünya bazarında Azeri Light markalı Azərbaycan neftinin 1 barrelinin qiyməti 2.34 ABŞ dolları, yaxud 2.34% azalaraq 97.77 ABŞ dolları təşkil edib. Dünən hərracların nəticələrinə görə Brent markalı neftin dekabr fyuçersləri 89.83 ABŞ dollarına satılıb. Azərbaycanın builki dövlət büdcəsində bir barrel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.