Home » Azərbaycan Qiymətləndiricilər Palatası və Azərbaycan Banklar Assosiasiyası arasında növbəti əməkdaşlıq görüşü keçirilib

Azərbaycan Qiymətləndiricilər Palatası və Azərbaycan Banklar Assosiasiyası arasında növbəti əməkdaşlıq görüşü keçirilib

by Aytac
0 comments 2 views 1 minutes read

22 may 2025-ci il tarixində Azərbaycan Qiymətləndiricilər Palatası ilə Azərbaycan Banklar Assosiasiyası arasında qiymətləndirmə fəaliyyəti üzrə əməkdaşlıq çərçivəsində növbəti görüş baş tutmuşdur.

Görüş zamanı qiymətləndirmə fəaliyyəti çərçivəsində bank sektoru ilə qarşılıqlı əməkdaşlıqda müşahidə olunan mövcud çətinliklər və onların aradan qaldırılması üçün atıla biləcək addımlar nəzərdən keçirilmişdir.

Palata və Assosiasiya tərəfindən qiymətləndirmə sahəsində qarşılıqlı əməkdaşlığın gücləndirilməsi məqsədilə birgə İşçi Qrupun yaradılması barədə razılıq əldə edilmişdir.

Tərəflər həmçinin qiymətləndirmə proseslərinin daha effektiv və şəffaf şəkildə həyata keçirilməsi üçün Elektron Portalın tətbiqinin əhəmiyyətini vurğulamış, bu istiqamətdə koordinasiyalı fəaliyyətin gücləndirilməsi barədə razılığa gəlmişlər.

Bundan əlavə, qiymətləndirmə sənədlərinin standartlaşdırılması və proseslərin vahid yanaşma əsasında həyata keçirilməsi məqsədilə birgə forma və sənədlərin hazırlanaraq tətbiq olunması qərara alınmışdır.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.