6, 7, 8 Sentyabr 2023-cü il tarixlərində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Nəzərinizə çatdırırıq ki, hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 11:30-dək təşkil olunacaqdır.
Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:
Notun müddəti (gün) | ISIN | Hərrac tarixi | Hərraca çıxarılan məbləğ (manat) | Nomi nal | Miqdar | Notun ödəniş tarixi |
7 | AZ2149024708 | 08.09.2023 | 20.000.000 | 10.000 | 2.000 | 15.09.2023 |
28 | AZ2150024704 | 06.09.2023 | 20.000.000 | 10.000 | 2.000 | 04.10.2023 |
84 | AZ2151024703 | 07.09.2023 | 20.000.000 | 10.000 | 2.000 | 30.11.2023 |
168 | AZ2152024702 | 06.09.2023 | 20.000.000 | 10.000 | 2.000 | 21.02.2024 |
252 | AZ2153024701 | 07.09.2023 | 20.000.000 | 10.000 | 2.000 | 16.05.2024 |
Hərracda yalnız Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar iştirak edə bilər.
Hərrac zamanı bir bank tərəfindən 1 rəqabətli sifariş təqdim edilə bilər və təqdim ediləcək rəqabətli sifarişin həcminə məhdudiyyət tətbiq olunmur.
7 günlük not hərracında sifarişlər 9982,5403-9985,4282 qiymət intervalında təqdim edilə bilər.
Hərrac zamanı iştirakçıların sayı 5-dən az olduqda hərrac baş tutmamış hesab ediləcəkdir.
Bağlanmış əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcəkdir.