Home » Azərbaycan və Dünya Bankı biznes mühitinin təkmilləşdirilməsini müzakirə edib

Azərbaycan və Dünya Bankı biznes mühitinin təkmilləşdirilməsini müzakirə edib

by Zeyneb
0 comments 2 views 1 minutes read

Azərbaycan və Dünya Bankı arasında biznes mühitinin təkmilləşdirilməsi məsələləri müzakirə olunub.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki paylaşımında məlumat verib.

Nazir qeyd edib ki, Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunda rifah üzrə regional direktoru Əsəd Ələmin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

“Görüş zamanı ‘2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf strategiyası’nın layihəsinə daxil edilməsi planlaşdırılan istiqamətlər, biznes mühitinin təkmilləşdirilməsi, dayanıqlı və inklüziv iqtisadi artımın, həmçinin məşğulluğun təşviqi barədə fikir mübadiləsi apardıq. Beynəlxalq təcrübədə biznesin intensiv inkişafı üzrə aparılan təhlillərin nəticələrinin və özəl sektorun stimullaşdırılması ilə bağlı tədqiqat metodologiyalarının Azərbaycanda tətbiqi imkanlarını da müzakirə etdik”, – M.Cabbarov bildirib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.